Çərşənbə axşamı, 21 May

"Ermənistan Rusiyaya xəyanət edib" - Zatulin

image

Ermənistan hakimiyyətinin məni ölkəyə buraxmamaq qərarı İrəvanın xarici siyasət istiqamətini Rusiyadan Qərbə dəyişmək istəyinə tam uyğundur.

Xəbər verilir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. 

"Belə olan halda söhbət məndə yox, Ermənistan hakimiyyətinin xarici siyasətinin yenidən istiqamətləndirilməsindən gedir. Onlar Qərblə xüsusi münasibətlər perspektivi ilə şirnikləndirilmiş Rusiya himayəsindən çıxmaq istəyirlər. Və bu yolda təbii ki, onlar təkcə Rusiyaya xəyanət etmirlər, onlar artıq Dağlıq Qarabağdakı (Qarabağın ermənilər yaşayan hissəsi nəzərdə tutulur - red.) ermənilərə də xəyanət ediblər", - deputat qeyd edib. 

Xatırladaq ki, bir qədər əvvəl Zatulinin Ermənistanda "arzuolunmaz şəxs" elan edilib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06